Polşa və İsraildən Tsxadadzeyə təklif var

Polşa və İsraildən Tsxadadzeyə təklif var
Baçana Tsxadadze "İnter"i tərk edə bilər. Fanat.az xəbər verir ki, gürcü hücumçu xarici klublardan təkliflər alıb.
Məlumata görə, Baçananın xidmətində İsrail və Polşa klubları maraqlıdı. Həmin klublar ona olduqca sərfəli müqavilə təklif edib. Üstəlik Tsxadadzenin "İnter"lə müqaviləsi yayda başa çatır və "bankirlər"lə ona yeni anlaşma təklif etməyib. Amma gürcü forvard mövsümün sonunadək heç bir klubla danışıqlar aparmaq niyyətində deyil. O, ilk öncə atası Kaxaber Tsxadadzenin başçılıq etdiyi klubdan - "İnter"dən alacağı təklifi dəyərləndirəcək.
Qeyd edək ki, 2010-cu ildən "İnter"də çıxış edən Baçana cari mövsümdə Premyer Liqada 24 oyun keçirib və 9 qola imza atıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər