Polislərin tətili dünya çempionatını təhlükəyə atdı

Polislərin tətili dünya çempionatını təhlükəyə atdı

İyunun 12-də Braziliyada start götürəcək dünya çempionatının təhlükəsizliyi ilə bağlı problem yaranıb. Fanat.az xəbər verir ki, Braziliyanın Bahya ştatının Salvador şəhərində polislər müddətsiz tətilə başlayıblar. 

Onlar məvaciblərinin artırılmasını tələb edirlər. Salvador Braziliyanın ən kriminal şəhərlərindən biri sayılır. Son illər bu bölgədə cinayətkarlığın səviyyəsi sürətlə artır. Hökumət vəziyyətə nəzarət  etmək üçün şəhərə 2500 hərbiçi cəlb edib. Qeyd edək ki, Salvadorda dünya çempionatının 6 qarşılaşması keçiriləcək. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər