Polis Ronaldunun iştirakıyla baş verən insidentlə bağlı bəyanat yaydı

Polis Ronaldunun iştirakıyla baş verən insidentlə bağlı bəyanat yaydı

Mersisayd polisi "Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldunun iştirakı ilə baş verən insidenti araşdırır.

Fanat.Az xəbər verir ki, "Liverpool Echo" polisin yaydığı bəyanatı təqdim edib:

"Hadisədən sonra "Mançester Yunayted" və "Everton"la əlaqədəyik. Hazırda zabitlərimiz olayın videoyazısını izləyirlər. Qanun pozuntusunun müəyyənləşdirilməsi üçün şahidlər dindirilir". 

Xatırladaq ki, İngiltərə Premyer Liqasının 32-ci turunun oyunundan - "Everton"la səfər matçından (0:1) sonra Ronaldu azarkeşlərdən birinin telefonunu sındırıb. Ulduz futbolçu məğlub olduqları görüşün ardından paltardəyişmə otağına yollanarkən fanat mobil telefon tutduğu əlini ona tərəf uzadıb. Kriştianu isə həmin tərəfdarın əlini sərt şəkildə itələyərək telefonunu yerə salıb.

Ardından sosial şəbəkədə azarkeşdən üzr istəyən portuqaliyalı futbolçu onu "Mançester Yunayted"in ev oyununa dəvət edib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər