"Qəbələ" - "Apollon" oyunundan sonra "Bakcell Arena"da yaranan gərginlik davam edir. Fanat.az хəbər verir ki, polis azarkeşlərə qarşı olduqca sərt davranır.
Asayiş keşikçiləri bir az da irəli gedərək jurnalistləri hədəfə alıb. Media təmsilçilərinin öz işini görməsinə imkan verməyən polislər onlara qarşı həddən artıq sərt davranıb. Vəziyyət o yerə çatıb ki, "Qəbələ" rəsmiləri olaya müdaхilə edərək polislərdən jurnalistlərin işinə mane olmamağı tələb edib.
* * *
Videoda kənarda dayanıb olayları izləyən iki nəfər UEFA nümayəndələridi. Polis bütün bu vəhşilikləri onların gözü qarşısında edib. UEFA nümayəndələri hər şeyi qeyd edib.
Fanat.az