Polis azarkeşlərin başına oyun açdı

Polis azarkeşlərin başına oyun açdı
Braziliyanın ikinci liqasında ilginc hadisə baş verib. Fanat.az xəbər verir ki, polis azarkeşlərə rəqib komandanın himnini oxutdurub.
Hadisə "Santa Kruz" - "Sampayo" matçında baş verib. Rekifedəki qarşılaşmadan sonra stadionun kənarında bir qrup "Santa Kruz" azarkeşini saxlayan polis onları əzəli rəqiblərinin - "Sport Rekife"nin marşını oxumağa məcbur edib.
"Santa Kruz"un prezidenti Antonio Luis Neto olayla bağlı açıqlamasında "Hadisə araşdırılmalı və azarkeşlərimizə bu əziyyəti verənlər cəzasını almalıdı" deyib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər