Şotlandiyanın "Seltik" klubunun azarkeşi Çempionlar Liqasında "Mançester Siti" ilə oyunda polis atına hamburqer atdığı üçün həbs olunub.
Sport7.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Mançester polisi hamburqeri atanla birlikdə 14 nəfəri həbs edib.
Qeyd edək ki, görüş 1:1 hesabı ilə yekunlaşıb. "Mançester Siti" qrupda 2-ci pilləni tutaraq 1/8 final mərhələsinə yüksəlib. "Seltik" isə sonuncu olaraq avrokuboklarla vidalaşıb.
Fanat.Az