Polis 7 bilet alverçisini saxladı

Polis 7 bilet alverçisini saxladı

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunları çərçivəsində qanunsuz bilet satışını həyata keçirən 7 şəxs saxlanılıb.  Fanat.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.  Açıqlamada bildirilir ki, bilet alverçilərinə qarşı polis əməkdaşları tərəfindən daxil olan məlumatlar əsasında tədbirlər görülüb. 

Keçirilən tədbirlərlə müxtəlif vasitə və üsullarla əldə etdikləri biletləri dəyərindən dəfələrlə baha qiymətə satmağa çalışan 7 nəfər saxlanılıb. Onların üzərindən 300-dən artıq müxtəlif şəxslərin adına qeydiyyatdan keçirilən bilet aşkarlanaraq götürülüb.

Bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlərin davam etdirildiyi bildirilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər