Polis 2 soydaşımızı geyimə görə stadiona buraxmadı - VİDEO

Polis 2 soydaşımızı geyimə görə stadiona buraxmadı - VİDEO
İran polisləri dünən baş tutan "Traktor” - "Pədidə” qarşılaşmasını izləməyə gələn 2 güneyli milli-mədəni fəalın stadiona daxil olmasına icazə verməyib.
Milli-mәdәni fәal Davud Әzimzadә vә Sәid Minayinin stadiona buraxılmamasına səbəb onların oyuna milli geyimdə gəlmələri olub.
Fəallar polis əməkdaşı ilə mübahisə etdikləri zaman "Siz bizim milli geyimlərimizdən yox, özümüzdən qorxun!” deyiblər.
Hər iki fəal oyunu izləyə bilmək üçün milli geyimləri soyunmaq məcburiyyətində qalıblar. (axar.az)
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər