Pol Poqbaya PSJ-dən təklif

Pol Poqbaya PSJ-dən təklif
"Mançester Yunayted"in ulduz futbolçusu Pol Poqba bu yay klubu tərk edə bilər. 
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, fransız yarımmüdafiəçini PSJ heyətinə qatmaq niyyətindədir. 
Xəbərə görə, Paris təmsilçisi artıq futbolçunun meneceri Mino Rayola ilə danışıqlara başlayıblar. PSJ hazırda Poqbanın tələb etdiyi məvacibi ödəyə biləcək azsaylı klublardan biridir.
Fransa təmsilçisi Poqba üçün "Mançester Yunayted"ə 50 milyon avro ödəməyə hazırdır. 
Qeyd edək ki, 28 yaşlı futbolçunun "qırmızı şeytanlar"la müqaviləsi gələn il başa çatır.
Emin Şəmsiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər