Fransa millisinin heyətində məşq zamanı zədələnən "Mançester Yunayted"in futbolçusu Pol Poqbanın (Paul Pogba) son durumu açıqlanıb.
Fanat.Az "AS" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi üçün il erkən başa çatıb.
Sağ budundan aldığı zədə səbəbindən ən azı 6 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Mənbə bildirir ki, Poqba reabilitasiya müddətini fərdi məşqçi ilə Birləşmiş Ərəb Əmirliklərində keçirəcək.
Qeyd edək ki, Pol Poqba 2016-cı ildən "Mançester Yunayted"də çıxış edir. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 60 milyon avrodur. Poqbanın klubla müqaviləsi 2022-ci ilin yayında başa çatır. Yarımmüdafiəçinin gələcəyi hələlik məlum deyil. Ancaq futbolçunun agenti Mino Rayola Poqbanın Mançesterdə qalacağı ehtimalını inkar etməyib.
Emin