PSJ-nin baş məşqçisi Maurisio Poçettino "Real"ın müdafiəçisi Serxio Ramosun Paris klubuna mümkün transferindən danışıb.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, mütəxəssis belə deyib:
"Bizi gücləndirə biləcək oyunçuları heyətə qatmaq əsas hədəflərimizdəndir. PSJ dünyanın ən böyük klublarından biridir. Ramos üçün də oynadığı klubun hədəfi önəmli amildir. Burda olsa, özünü əla hiss edər".
Qeyd edək ki, İspaniya mətbuatında parislilərin artıq Ramosla danışıqlara başladığı və ona "Real"dakından daha çox əməkhaqqı verməyə hazır olduğu barədə informasiyalar yayılıb.
Fanat.Az