PSJ-nin baş məşqçisi Maurisio Poçettino "Mançester Yunayted"lə danışıqlar aparır.
Fanat.Az "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, argentinalı mütəxəssis qovulacağı təqdirdə B planını işə salmaq istəyir.
Xəbərə görə, o, Fransa klubundan gizli "Mançester Yunayted"lə danışıqları davam etdirir, mütəmadi olaraq ingilislərlə telefonla əlaqə saxlayır.
Qeyd edək ki, Sulşer qovulandan sonra Poçettino "Mançester Yunayted"də işləmək istəyirdi, lakin klub müvəqqəti olaraq Ralf Ranqniklə müqavilə imzalamağı seçdi.
Xatırladaq ki, hazırda Poçettinonun "Mançester Yunayted" arzusu uğrunda əsas rəqibi “Ayaks”ın baş məşqçisi Erik ten Haqdır.
Emin