Poçettino "Monako"nu çalışdırmaqdan imtina edib

Poçettino "Monako"nu çalışdırmaqdan imtina edib
Niko Kovaç "Monako" rəhbərliyinin prioritet hədəfi olmayıb.
Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, "Monako" komandanı "Tottenhem"in sabiq baş məşqçisi Maurisio Poçettinoya həvalə etmək istəyirmiş. Yeni idman direktoru Pol Mitçell argentinalı mütəxəssislər danışıqlar aparıb. Yekunda Poçettino rədd cavabı verib.
Liqa 1-də mövsümün yarımçıq bitirilməsi qərara alınmışdı. 28 turdan sonra 40 xal toplayan "Monako" turnir cədvəlində 9-cu sırada qərarlaşmışdı.
Qeyd edək ki, "Monako"nu Niko Kovaç çalışdıracaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər