PSJ-nin baş məşqçisi Maurisio Poçettino (Mauricio Pochettino) Fransa I Liqasının IV turunda "Reyms"ə (2:0) qarşı keçirdikləri oyunda Lionel Messinin çıxışı qiymətləndirib.
Fanat.Az "Amazon Prime" saytına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis Messinin hələ də ən yaxşı formasında olmadığını bildirib:
"Leo pis deyildi. Qeyd etmək lazımdır ki, ən yaxşı formasından hələ uzaqdır. Ondan ən yaxşısını gözləyirik. Debüt etdiyinə görə çox şadam. Bu, onun üçün çox vacib idi."
Xatırladaq ki, avqustun 10-da Messi PSJ ilə iki illik nəzərdə tutulan müqaviləyə imza atıb.
Emin Şəmsiyev