Poçettino Mbappeni yola gətirə bildimi? - SON DURUM

Poçettino Mbappeni yola gətirə bildimi? - SON DURUM
Kilian Mbappenin PSJ-nin yeni müqavilə təklifini geri çevirməsi onun bu yay klubundan ayrılacağı ilə bağlı müxtəlif informasiyaların yayılmasının əsas səbəbidir.
Fanat.Az xəbər verir ki, son olaraq "Le Parisien" 22 yaşlı ulduz hücumçunun bu yay iş yerini dəyişməyəcəyini iddia edib.
Mənbə futbolçunun baş məşqçi Maurisio Poçettino ilə bu barədə danışdığını və sözləşməsinin müddəti başa çatana qədər Paris təmsilçisində qalmaq qərarına gəldiyini açıqlayıb. Yazılanlara inansaq, o, PSJ-ni gələn ilin yayında azad agent statusu ilə tərk etməkdə maraqlıdır.
Qeyd edək ki, Mbappe paytaxt klubuna 2017-ci ildə "Monako"dan keçib. Geridə qalan mövsümdə Liqa 1-də 31 matça çıxan forvard 27 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Atilla
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər