"Yuventus" "Tottenhem"in sabiq baş məşqçisi Maurisio Poçettino ilə qeyri-rəsmi danışıqlara başlayıb.
Fanat.Az "La Stampa"ya istinadən xəbər verir ki, Poçettino "Yuventus"u çalışdırmaq istədiyini təmsilçiləri vasitəsilə Turin klubunun rəhbərliyinə çatdırıb.
Argentinalı mütəxəssis daha öncə "Monako"nun təklifini rədd etmişdi. "Knyazlıq klubu" Niko Kovaça həvalə olunub.
Poçettino karyerası ərzində "Tottenhem", "Espanyol" və "Sauthempton"u çalışdırıb.
Fanat.Az