"Kriştianu Ronalduyla Lionel Messi karyeralarını ABŞ və ya Çində davam etdirməli idilər, nəinki Avropanın digər böyük klublarında".
Fanat.Az xəbər verir ki, UEFA-nın keçmiş prezidenti Mişel Platini “Gazzetta dello Sport”a müsahibəsində belə deyib.
Platini ulduz futbolçuların əfsanə statusu qazandıqları klubları digər böyüklərə dəyişmək qərarlarından məyus olub:
"Ronaldu və Messiyə hörmət edirəm. Mən 32 yaşımda təqaüdə çıxdım. Halbuki "Barselona" və ya "Marsel"lə müqavilə imzalaya bilərdim. Tarixinə düşdüyüm klubda adımın əbədi xatırlanmasını istəyirdim. Ronaldu "Real", Messi "Barselona" üçün əfsanə idi. Onların yerində mən olsaydım, ABŞ və ya Çinə gedərdim, başqa böyük kluba yox". “Yuventus”un keçmiş ulduzu UEFA prezidenti postundan korrupsiya ittihamı ilə kənarlaşdırılmasına da toxunub. O, FİFA prezidenti Canni İnfantino və UEFA prezidenti Alexander Çeferini tənqid edib: "Onlara hörmət etmirəm. Nə istədiklərini deyə bilərəm, amma kimin məni yalandan ittiham edib, futboldan qovduğunu heç vaxt unutmayacağam. Onlar qalib gəldilər. Ancaq mən heç vaxt haqq-ədalət axtarışından əl çəkməyəcəyəm".
Mirağa