Platini İnfantinonu məhkəməyə verdi

Platini İnfantinonu məhkəməyə verdi

UEFA-nın sabiq prezidenti Mişel Platini FİFA-nın rəhbəri Canni İnfantinonu məhkəməyə verib.

Fanat.Az xəbər verir ki, məlumatı “The New York Times” saytı yayıb. 

Xəbərə görə, fransız funksioner qurum prezidentini səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırıb.

Məsələ ilə bağlı Paris prokurorluğunda cinayət işi qaldırılıb.

qeyd edək ki, İnfantino 2016-cı ildən FİFA-ya rəhbərlik edir. Platini isə 2007-2016-cı illər aralığında UEFA prezidenti olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər