Pirlo yenidən A Seriyasına dönür

Pirlo yenidən A Seriyasına dönür

"Yuventus"un keçmiş baş məşqçisi Andrea Pirlo yenidən məşqçiliyə qayıda bilər.

Fanat.Az "Sportmediaset"ə istinadən xəbər verir ki, A Seriyasının debütantı "Kremonese" 43 yaşlı mütəxəssisin xidmətində maraqlıdır. 

Klub rəhbərliyi potensial əməkdaşlığın detallarını müzakirə etmək üçün artıq italyan mütəxəssisin nümayəndələri ilə əlaqə saxlayıb.

Pirlo "Yuventus"u 2020-ci ilin avqustundan 2021-ci ilin mayına kimi çalışdırıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər