Pirlo məşqçilik karyerasına İtaliyadan kənarda başlaya bilər

Pirlo məşqçilik karyerasına İtaliyadan kənarda başlaya bilər
Andrea Pirlo məşqçilikdəki ilk addımını İtaliyadan kənarda ata bilər.
Fanat.Az xəbər verir ki, Pirlo Kristian Vyerinin instaqramdakı canlı yayımında bu barədə danışıb:
"Bəzi komandalarla danışmışıq. Görək, hadisələrin gedişatını zaman göstərəcək. Başqa ölkəyə köçməyin əleyhinə deyiləm. Ölkədən kənarda yaşamaqla bağlı heç bir problemim yoxdu.
Nyu-Yorkda bir müddət yaşamışam, futbol oynamışam. Başqa yerlərdə məşqçilik karyerama başlaya bilərəm. İki il evdə qaldıqdan sonra artıq nə edəcəyimi yaxşı bilirəm".
Qeyd edək ki, daha əvvəl Pirlo məşqçilik karyerasına birbaşa böyüklərdən ibarət komandada başlamaq istədiyini bildirmişdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər