"Barselona" müdafiəçisi Jerar Pike həbs oluna bilər.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu Barselonada sürücülük vəsiqəsi olmadan avtomobil idarə edib və polislərə "ilişib”.
İspaniya qanunlarına əsasən, sürücü 12 bal həddini keçirsə, sürücülük hüququnu itirir. Pike bir müddət öncə yol hərəkəti qaydasını kobud şəkildə pozduğu üçün belə vəziyyətə düşüb. Lakin sonradan hüququ olmadan sükan arxasına əyləşməyə qərar verib.
İndi müdafiəçini 6 aylıq həbs və 6 min avro cərimə gözləyir.
Fanat.Az