"Barselona"nın sabiq müdafiəçisi Jerar Pike Lionel Messini dünya çempionu olması münasibətilə təbrik etməyib.
Fanat.Az xəbər verir ki, bunu blogger Con Nellisə etiraf edən müdafiəçi 13 il eyni komandada çıxış etdiyi argentinalıya təbrik ünvanlamamasının səbəbini açıqlayıb:
“Ağlasızmazdır, amma etiraf edirəm. O ərəfədə karyeramı bitirdim və DÇ ilə əlaqəmi kəsdim. Heç bir matça baxmadım. Yalnız finalı izlədim, onu da sona qədər yox. Özümü hər şeydən təcrid edib bir neçə günlük tətilə getdim.
Karyeramın son bir neçə ayı çətin keçdi və həqiqətən də futbolu tərk etməli oldum".
Xatırladaq ki, Lionel Messi və Jerar Pike La Masiada birlikdə böyüyüblər və sonra 2008-2021-ci illərdə "Barselona"nın əsas komandasında birgə çıxış ediblər.
Mirağa