Pike kobudluq etdi, Şakira cəzasını çəkdi

Pike kobudluq etdi, Şakira cəzasını çəkdi

Braziliyada keçirilən Konfederasiyalar Kubokunun finalında İspaniya millisinin oyunçu və məşhur müğənni Şakiranın həyat yoldaşı Pike Neymara qarşı kobudluq edib.

İdman24.az xəbər verir ki, Braziliyanın çempion olması ilə yekunlaşan matçda bu hərəkətinə görə Pike meydançadan qovulub. Azarkeşlər arasında olan Şakira isə buna görə hədəf seçilib. Braziliyalı azarkeşlər Pikenin bu hərəkətinə görə Şakiraya etiraz ediblər. Onlar əl hərəkətləri ilə Şakiranı göstərərək etirazlarını bildiriblər.

İdman24.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər