PFL: Çempionatların startı ilə bağlı baş məşqçilərlə görüş keçiriləcək

PFL: Çempionatların startı ilə bağlı baş məşqçilərlə görüş keçiriləcək
Azərbaycan I Divizionu və Premyer Liqasının oyunları aprelin 14-dək qədər bərpa olunmayacaq.
Fanat.Az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının (PFL) açıqlamasında bildirilib.
Qeyd olunub ki, Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın göstərişini rəhbər tutaraq, matçların sözügedən tarixə qədər oynanaılmayacaq: "Əgər 14 aprel tarixdə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılsa, PFL olaraq klubların baş məşqçiləri ilə görüş keçirib ümumi vəziyyəti müzakirə edəcəyik və daha sonra yarışların bərpa tarixini ictimaiyyətə açıqlayacağıq".
Qeyd edək ki, UEFA dünən keçirdiyi videokonfransdan sonra vəziyyətə uyğun olaraq yerli liqaların 30 iyuna qədər yekunlaşdırılmasını bildirib. Hesab edirik ki, bu tarix Azərbaycan Premyer Liqası və I Divizionunun bərpası və başa çatdırılması üçün uyğundur.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər