PFL-dən Superkubok açıqlaması

PFL-dən Superkubok açıqlaması
Azərbaycan Superkuboku uğrunda oyun keçirilməyəcək. Fanat.az хəbər verir ki, buna səbəb "Qarabağ"ın mövsümü "Qızıl dubl"la bitirməsi olub.
Ağdam klubu həm Premyer Liqanı, həm də Azərbaycan Kubokunu qazanıb. Bu səbəbdən Superkuboka ehtiyac qalmayıb.
Bunu Fanat.az-a açıqlamasında Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev təsdiqləyib: "Komanda "Qızıl dubl" edirsə, Superkubok keçirilmir".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər