Pərviz Abdullayev: "Hər kəs məndən qızıl medal gözləyirdi"

Pərviz Abdullayev: "Hər kəs məndən qızıl medal gözləyirdi"

“Hər kəs məndən qızıl medal gözləyirdi. Lakin İran Çindən sonra bu idman növündə dünyada ikinci yerdə gedir”. Bunu jurnalistlərə açıqlamasında IV İslam Həmrəyliyi Oyunlarının uşu-sanda idman növü üzrə yarışlarda bürünc medal qazanan Pərviz Abdullayev deyib.

 

O bildirib ki, birinci döyüşdə Türkmənistan idmançısını ilk raundda, ardınca güclü türk idmançısına qalib gəlib: “Təəssüf ki, yarımfinal görüşündə iranlı idmançıya məğlub oldum. O da bu idman növü üzrə dünya çempionu idi. Çox ağır döyüş keçdi. Güləş fəndində ona məğlub oldum”. 

Abdullayev həmçinin xatırladıb ki, uşu-sanda idman növü onun ilk məşğul olduğu idman növü olub: “Daha sonra kik-boksinqlə məşğul oldum. Kik-boksinq idman növündə beş qat dünya çempionuyam. Son 8 ayda uşu-sanda idman növü ilə yenidən məşğul oldum. İslamiadada üçüncü yerə çıxdım. Kik-boksinqi dayandırmamışam. Hər iki idman növü üzrə döyüşlərimi davam etdirirəm. Uşu-sanda idman növü üzrə qarşıda tələbələrin universiadası var. Eyni zamanda, sentyabr ayında dünya çempionatı da var. Hər iki yarışda da döyüşəcəm. Artıq dünən kik-boksinqlə bağlı dəvət almışam. İyun ayının sonlarında Çinin Sanya şəhərində yarış olacaq”. (“Report”)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər