Peres "Real"ın yeni rekordçusu oldu

Peres "Real"ın yeni rekordçusu oldu

"Real Madrid" bazar günü, yanvarın 14-də İspaniya Superkubokunun finalında "Barselona"nı 4:1 hesabı ilə məğlub edib.

Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, madridlilər "Kral klubu"nun prezidenti Florentino Peresin rəhbərliyi altında 33-cü kubokunu qazanıb. 

Beləliklə, o, Santyaqo Bernabeunu (32) keçərək ən çox mükafat alan klub prezidenti olub.

“Real” 13-cü dəfə İspaniya Superkubokunu qazanıb. "Barselona"nın isə 14 belə kuboku var.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər