Pepi Bundesliqa klubuna rekord məbləğə keçdi

Pepi Bundesliqa klubuna rekord məbləğə keçdi

Almaniyanın “Auqsburq” klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

Fanat.Az sözügedən klubun saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi ABŞ-ın “Dallas” klubundan Rikardo Pepini transfer edib.

“Auqsburq” Pepi üçün MLS təmsilçisinə 20 milyon dollar ödəyib. 18 yaşlı amerikalı hücumçu ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.   Pepi MLS klubundan Avropaya transfer olunan ən bahalı futbolçu olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər