Penalti seriyasında yeni rekord - VİDEO

Penalti seriyasında yeni rekord - VİDEO

Çexiya Regional Liqasında "Batov-1930" və "Friştak" komandaları arasında keçirilmiş matçda oyunsonrası 52 penalti yerinə yetirilib. Komandalar birgə səylərlə yeni rekord müəyyənləşdiriblər.

Əvvəlki rekord 2005-ci ildə Namibiya Kuboku matçında qeydə alınıb. Həmin görüşdə 48 penalti vurulub.

"Friştek"in prezidenti Vratislav Rudolf "İdnes" qəzerinə müsahibəsində bunları deyib: "Dərhal hansısa rekord müəyyənləşdirdiyimizi düşündüm. Komandalar hərəyə 20 penalti vurduqdan sonra evə getmək istədim. Çünki barbekü planlaşdırmışdıq. Amma sonda qalmağa qərar verdim".

Qeyd edək ki, görüş "Batov-1930"un qələbəsi ilə yekunlaşıb - 25:24. ("Report")

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər