Pelenin oğlu Vinisiusu atası ilə müqayisə etdi

Pelenin oğlu Vinisiusu atası ilə müqayisə etdi

Futbol əfsanəsi Pelenin kiçik oğlu Coşua Arantes do Nascimento "Real Madrid"in hücumçusu Vinisius Junioru tərifləyib. 

Fanat.Az xəbər verir ki, o, "Cadena SER"-ə açıqlamasında "Real Madrid"in ulduzunun "Qızıl top"a tamamilə layiq olduğunu bildirib. 

Arantes həmçinin, Vinisiusu atası ilə müqayisə edib: "Vinisius Braziliya futbolunu yüksək səviyyədə təmsil edir və son illərdə ciddi irəliləyişlər əldə edib. Bazar ertəsi veriləcək "Ballon d'Or" Vinisiusa təqdim olunmalıdır. Çünki o, mükəmməl mövsüm keçirir. Tam qələbə üçün yalnız Amerika Kuboku çatışmır. 

Qol baxımından atamla Vinisiusu müqayisə etmək mümkün olmasa da, Juniorun istedadı danılmazdır. O, hər matçda dünya futbol ulduzu statusunu getdikcə daha çox təsdiqləyir".

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər