Pelenin dəfnində selfi çəkən FİFA prezidenti sərt qınandı - FOTO

Pelenin dəfnində selfi çəkən FİFA prezidenti sərt qınandı - FOTO

FIFA prezidenti Canni İnfantino əfsanəvi Pelenin dəfn mərasimindəki davranışı ilə qınağa tuş gəlib.

Fanat.Az xəbər verir ki, "Santos" stadionuna mərhumla vidalaşmağa gələn minlərlə insan arasında olan ali futbol qurumunun rəhbəri tabutun önündə selfi çəkib.  

İtaliya əsilli isveçrəli futbol funksionerinin bu hərəkəti sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Dəfn mərasimində cibindən mobil telefonunu çıxarmaqdan çəkinməyən İnfantinonun gülümsəyərək selfi çəkməsi Pelenin yaxınlarına hörmətsizlik kimi dəyərləndirilib. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər