Pele ÇL finalından danışdı: "Həyəcanlanan tək mənəm?"

Pele ÇL finalından danışdı: "Həyəcanlanan tək mənəm?"

Əfsanəvi futbolçu Pele "Liverpul" və "Real Madrid" arasında keçiriləcək Çempionlar Liqasının finalı ilə bağlı fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, üçqat dünya çempionu bu barədə "Twitter" səhifəsində paylaşım edib:

“"Real Madrid" və "Liverpul" arasında möhtəşəm final görmək istəyirəm. Dostlarım Vinisius ilə Kazemiro Alisson və Fabinyoya qarşı ciddi mübarizə aparacaq . Qarşıdan gələn matç üçün həyəcanlanan tək mənəm? Əminəm ki, yox!".

Xatırladaq ki, "Liverpul" - "Real Madrid" görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər