Əfsanəvi braziliyalı futbolçu Pele DÇ-2018 haqda açıqlama verib.
Fanat.Az xəbər verir ki, o, bu barədə "Mundial Rusia 2018" sənədli filminə açıqlamasında danışıb.
"İspaniyanın yaxşı komandası var. Ancaq indi proqnoz vermək çətindi. Biz Rusiya millisinə də hörmətlə yanaşmalıyıq. Çünki onlar həmişə yaxşı oyun nümayiş etdirirlər və həm də meydan sahibidirlər.
İtaliya millisinin dünya çempionatından kənarda qalaraq surpriz elədi. Bu komanda həmişə finala qədər irəliləyirdi. Ancaq İtaliyanın final ya da yarımfinalda olmaması rəqiblər üçün sevindiri xəbərdir. Braziliya millisinə gəlincə, bizim həlledici oyuna irəlləyəcək gücdə olan komandamız olacağını düşünürəm.
Finalda hansi komandaların olacağını demək çətindir. Ancaq Tanrıdan diləyirəm ki, finalda Rusiya və Braziliya milliləri olsun və qalib biz olaq".
Turnirin ən yaxşı futbolçusuna gəlincə, ən real namizəd millimizin üzvü Neymarı qeyd edərdim", deyə Pele fikirlərini səsləndirib.
Fanat.Az