"İnter" Peşəkar İdman Klubu məhkəməyə verilib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, idman klubu barədə iddia qaldıran "A-Construction LTD" MMC şirkətidir.
Məhkəmə çəkişməsinin səbəbi öhdəlik üzrə mübahisələrdir.
İşə hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılır.
Qeyd edək ki, “İnter” PİK-in hazırkı rəhbəri Tapdıq Osmanovdur. Polis polkovniki olan Osmanov cüdo üzrə SSRİ idman ustasıdır.