Paulo Dibala-Romelu Lukaku dəyişikliyi reallaşır

Paulo Dibala-Romelu Lukaku dəyişikliyi reallaşır
"Yuventus"la "Mançester Yunayted" Paulo Dibala-Romelu Lukaku dəyişikliyinə hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Məlumata görə, artıq klublar transferlə bağlı razılıq əldə edib. Yekun müqavilənin imzalanması üçün Dibalanın "Mançester Yunayted"lə anlaşmanın detallarını razılaşdırması qalıb.
"Mançester Yunayted"in baş məşqçisi Ule-Qunnar Sulşer transferlə bağlı danışmaqdan imtina edib: "Mən digər komandaların oyunçuları barədə şayiə və spekulyasiyaları şərh etməyəcəyəm. Lakin, bəli, biz bu günə qədər xatırlatdığım bir-iki futbolçunun transferi üzərində işləyirik. Mövsümün başlamasına 10 gün qalıb və ola bilsin ki, biz komandamızda bir və ya iki yeni futbolçunu sizə təqdim edə bildik".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər