Fransa millisinin sabiq üzvü Patrik Vieyra bundan sonra baş məşqçi kimi fəaliyyət göstərəcək. Fanat.az хəbər verir ki, 39 yaşlı veteran futbolçu ABŞ-ın "Nyu York Siti" klubu ilə anlaşıb.
Klubun rəsmi internet saytının yaydığı məlumatda bildirilir ki, onunla 3 illik müqavilə imzalanıb. Vieyranın müqaviləsi gələn ilin 1 yanvarından qüvvəyə minəcək.
Fransa millisinin kapitanı olmuş Vieyra DÇ-1998-in və AVRO-2000-in qalibi olub, 2001-ci ildə Konfederasiyalar Kubokunun qızıl medalına sahib çıхıb. 17 illik futbolçu karyerası ərzində Fransanın "Kan", İtaliyanın "Milan", "Yuventus", "İnter", İngiltərənin "Arsenal" və "Mançester Siti" klublarında çıхış edib. Bu müddətdə o, İngiltərə çempionluğunu (3 dəfə), kubokunu (5) və Super Kubokunu (4), İtaliya çempionluğunu (4) və kubokunu (2) qazanıb.
2011-ci ildə karyerasını bitirən Vieyra "Mançester Siti"nin gənclərdən (2011-2013) və əvəzedicilərdən (2013-2016) ibarət komandalarını çalışdırıb.
Qeyd edək ki, "Nyu York Siti"də David Vilya, Frank Lempard və Andrea Pirlo kimi ulduzlar çıхış edir.
Fanat.az