Futbol üzrə Ukrayna çempionatında XVII turun oyunları baş tutub. Fanat.Az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin komandası "Stal" da növbəti matçını səfərdə keçirib.
Donetskdə "Şaxtyor"un qonağı olan "Stal" məğlubiyyətlə üzləşib - 0:2. Start heyətdə yer alan Paşayev 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Stal" 17 turdan sonra 14 xalla 8-ci pillədə qərarlaşıb.