Ukrayna çempionatında VI turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası "Stal" doğma meydanda Donetsk "Şaxtyor"u ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 0:1. Paşayev start heyətdə çıxdığı matçda 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Stal" 5 turdan sonra 5 xalla 12 klub arasında 9-cu pillədə qərarlaşıb.
Fanat.Az