Paris polisindən ÇL-in finalıyla bağlı etiraf

Paris polisindən ÇL-in finalıyla bağlı etiraf

Paris polisinin rəhbəri Didye Lalleman UEFA Çempionlar Liqasının 2021/2022 mövsümünün finalında - "Liverpul" - "Real" (0:1) matçında təhlükəsizliyin təşkilindəki səhvini etiraf edib.

Fanat.Az xəbər verir ki, "France 24" onun dediklərini belə çatdırıb:

“Aydındır ki, bu, uğursuzluqdur. Bu, bizim səhvimizdir. Fransanın imicinə ziyan dəyib”.

Xatırladaq ki, final oyunu başlamazdan əvvəl minlərlə azarkeş saxta biletlə matçın keçirildiyi Sen-Denidəki “Stad de Frans” stadionunda turniketlərin qarşısını kəsib. Bu səbəbdən görüşün başlaması 35 dəqiqə gecikib. Polis saxta bilet alan azarkeşləri gözyaşardıcı qazla dağıdıb və stadiondan uzaqlaşdırıb. 

UEFA Çempionlar Liqasının finalında baş verənlərlə bağlı araşdırma aparıldığını elan edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər