Paris klubu 39 yaşlı Ceko üçün danışıqlara start verdi

Paris klubu 39 yaşlı Ceko üçün danışıqlara start verdi

"Fiorentina"nın futbolçusu Edin Ceko karyerasını Fransada davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Nikolo Skira yayıb.

Məlumata görə, Cekonun xidmətində "Paris" maraqlıdır. Mənbə paytaxt təmsilçisinin təcrübəli forvardın transferi üçün danışıqlara başladığını vurğulayıb.

Qeyd edək ki, 39 yaşlı Edin cari mövsüm "Fiorentina" forması ilə 18 matça çıxaraq 2 qola imza atıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər