Paris-2024 Olimpiadasının iki günündə medal qazanan ölkələrin sayı 28-ə yüksəlib. Fanat.Az xəbər verir ki, medal sıralamasında Yaponiya liderliyi ələ alıb. "Gündoğar ölkə" təmsilçiləri 4-ü qızıl olmaqla, 7 medal qazanıblar. Avstraliya asiyalılardan cəmi 1 bürünc medal geri qalıb. İki gündə 12 medal qazanan ABŞ idmançıları 3-cü pillədə qərarlaşıblar. Amerikalıların medallarından cəmi üçünün əyarı qızıldır.
