Paris-2024: İlham Zəkiyev bürünc medal qazandı

Paris-2024: İlham Zəkiyev bürünc medal qazandı

Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında medal qazanıb.

Fanat.Az xəbər verir ki, ikiqat paralimpiya çempionumuz üçüncü yer uğrunda görüşdə Qanbat Daştserenlə (Monqolustan) üz-üzə gəlib.

Rəqibini məğlub edən Zəkiyev bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər