Paris-2024: 100 qram artıq çəkiyə görə medalsız qaldı

Paris-2024: 100 qram artıq çəkiyə görə medalsız qaldı

Hindistanlı qadın güləşçi Vineş Poqat çəki ölçmə prosesindəki uğursuz göstəriciyə görə Olimpiya medalsız qalıb.

Fanat.Az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. 

Xəbərə görə, Poqat bu axşam Olimpiya Oyunlarının 50 kq sərbəst güləş finalında amerikalı Sarah Hildebrandt ilə görüşməli idi, lakin səhər baş tutan çəkiölçmə prosesi zamanı o, 100 qram ağır olub. 

Halbuki, ötən gün səhər çəkisi 50 kq həddində olub. Ancaq gün ərzində çəkisi 2 kq artıb. Gecəni arıqlamaqla keçirən güləşçi istəyini tam yerinə yetirə bilməyib və səhər saatlarında çəki həddinə çatmayıb.

Reqlamentə əsasən, yarış günü çəki ölçüsü uyğun gəlməyən idmançı diskvalifikasiya olunur. Beləliklə, Vineş medalından məhrum olacaq.  Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər