Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

İngiltərənin "Nottingem Forest" klubunun paraqvaylı hücumçusu Ramon Sosa iş yerini dəyişib.

Fanat.Az xəbər verir ki, informasiyanı "meşəbəyilər"in rəsmi saytı yayıb.

25 yaşlı forvardın Braziliya "Palmeyras"ına keçdiyi vurğulanıb.

Qeyd edək ki, Sosa geridə qalan mövsümdə İngiltərə Premyer Liqasında 19 matça çıxaraq 1 qol vurub. Eləcə də onun hesabında İngiltərə Kubokunda 3 oyun, 2 qol və 1 assist var. İngiltərə Liqa Kubokunda 1 qarşılaşmada iştirak etmək imkanı olan cənubi amerikalı bu turnirdə qol ötürməsi ilə diqqət mərkəzinə düşüb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər