Paralimpiyaçılarımız qış növləri üzrə dünya çempionatında iştirak edəcək

Paralimpiyaçılarımız qış növləri üzrə dünya çempionatında iştirak edəcək

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin qış idman növləri üzrə milli komandasının üzvləri Mehman Ramazanzadə (kross-kantri) və Daşqın Abbasov (dağ xizəyi) baş məşqçi Məhəmməd İsmayılovun rəhbərliyi altında 09-23 yanvar 2022-ci il tarixlərində Norveçin Lillehammer şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcəklər.

Komitədən verilən məlumata görə, yarış Pekin-2022 Qış Paralimpiya Oyunlarında iştirak üçün lisenziya xalları qazandırır.

Qeyd edək ki, Qış Paralimpiya Oyunları 04-13 mart 2021-ci il tarixlərində Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər