Yayda "Bakı"nı tərk edəcək futbolçulardan birinin kimliyi müəyyənləşib. Fanat.az-ın əldə etdiyi məlumata görə, baş məşqçi Milinko Pantiç Marius Penanın xidmətində maraqlı deyib.
Serb mütəxəssis ötən ilin qışında Rumıniyanın "Otselul" klubundan transfer edilən hücumçunu görmək istəmir. Bu səbəbdən Penaya Premyer Liqada cəmi 12 oyunda şans verib. Sadəcə 3 matçda start heyətində yer alan rumın futbolçu 467 dəqiqə oynayıb və qol vurmayıb.
Pena "Bakı"nı tərk edəcək yeganə legioner olmayacaq. Pantiç yayda daha bir neçə əcnəbiyə qapını göstərəcək.
Fanat.az