Ozanlı “Eyndhoven”dən son oyunda heç-heçə

Ozanlı “Eyndhoven”dən son oyunda heç-heçə

Futbol üzrə Niderland birinci divizionunda mövsümün sonuncu - 38-ci turunun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb. 

Sözügedən kollektiv səfərdə PSV-nin gənclərdən ibarət komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası meydanı heç-heçə ilə tərk edib - 1:1.

Ozan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib.

“Eyndhoven” mövsümü 58 xalla 20 kollektiv arasında 8-ci pillədə başa vurub. Bu da komandaya Erediviziyaya sonuncu vəsiqə uğrunda pley-off oyunlarına qatılmaq imkanı yaradıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər