"Oyunun mənim üçün heç bir xüsusiliyi yox idi" - Azər Həşimov

"Oyunun mənim üçün heç bir xüsusiliyi yox idi" - Azər Həşimov

Birinci Liqanın ilk turunda evdə çempionluğa iddialı "Şamaxı" ilə 1:1 hesablı bərabərliyə nail olan "Qaradağ Lökbatan", ikinci turda səfərdə "Mingəçevir" üzərində inamlı qələbə qazandı -  2:0. Komandanın baş məşqçisi Azər Həşimovla əlaqə saxlayıb hər iki oyunla bağlı fikirlərini öyrəndik.

Həşimovun Fanat.Az-a açıqlaması belə oldu:

"Bəli ilk turda bizim komanda çətin rəqiblə qarşılaşmışdı. Bilirsiniz ki, "Şamaxı" iddiali və  keyfiyyətli oyunçulardan ibarət komandadır. Maksimum təhlil edib rəqib komanda haqqında bilgi toplamışdıq. Oyuna ciddi hazırlaşmışdıq. İkinci hissədə qol buraxsaq da, dərhal hesabı bərabərləşdirdik. Oyunun sonlarına yaxın bir-iki qol fürsəti yaxaladıq, lakin yararlana bilmədik. Hesab edirəm ki, bərabərlik ədalətli nəticə oldu. İkinci matça Mingəçevirdə çıxdıq. Bu qarşılaşmaya da ciddi hazırlaşmışdıq. Görüşün mənim üçün heç bir xüsusiliyi yox idi. Hər oyuna olduğu kimi, bu matça da eyni qaydada hazırlaşmışdıq. Çətin səfər oyunu idi. Şadam ki, qalib gəldik. Komandamın bütün futbolçularını qələbə münasibət ilə təbrik edirəm. Hər kəsə göstərdiyi əziyyətə və  əzmkarlığa görə minnətdaram".

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər