Futbol üzrə Türkiyənin həvəskarlar liqasında üzücü hadisə yaşanıb.
Fanat.az xəbər verir ki, Balıkəsirdə bir qarşılaşmada yan xətt hakimi olan Halil Berke Aygün anidən yerə yıxılıb. Matçın 32-ci dəqiqəsində özündən gedən Halil dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, dünyasını dəyişən hakimin 17 yaşı vardı.
Fanat.az