“Oyunçularda inam itib” - Vəli Qasımov

“Oyunçularda inam itib” - Vəli Qasımov

“Uşaqlar həmişə istəyirlər ki, yaxşı oyun nümayiş etdirsinlər”. Fanat.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Vəli Qasımov deyib.

 

Topaz Premyer Liqasının XXXII turunda səfərdə “Qəbələ” ilə qarşılaşan “ağ-qaralar”ın çalışdırıcısı “CBC Sport” kanalına açıqlamasında fikirlərini bölüşüb: “7-ci yerdə gedən komandayıq. Oyunçularda istər-istəməz inam itib, ancaq çalışırq ki, mübarizə aparaq”.

 

Təcrübəli mütəxəssis Avrokuboklara vəsiqə qazanmaq üçün hər iki cəbhədə mübarizə aparacaqlarını da vurğulayıb: “Bizim üçün kubok və ya çempionat oyununun fərqi yoxdu, hər iki cəbhədə sona qədər “vuruşacağıq”. Bir neçə gün sonra burda kubok oyununa çıxacağıq, çalışacağıq ki, kubokda növbəti mərhələyə keçən biz olaq”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər